Sakin Məmmədzadə - 66
- 10 İyn 2026 11:54
- 34
Bu gün Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadənin 66 yaşı tamam olur.
O, SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim və elmi məqalələrin müəllifidir. 2007-ci ildən etibarən Cənub Regional Futbol Federasiyasının prezidenti kimi bölgədə futbolun inkişafına daim dəstək verib, müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsinə rəhbərlik edib.
Vaxtilə Lənkəranın "Xəzər" klubunun prezidenti kimi fəaliyyət göstərərək çoxsaylı istedadlı futbolçuların yetişməsinə, onların Azərbaycan çempionatlarında, müxtəlif klublarda və milli komandalarımızda uğurlu çıxış etmələrinə şərait yaradıb.
"Rekord.az" Sakin Məmmədzadəni təbrik edir, ona sağlam həyat və gələcək fəaliyyətində uğurlar arzulayır!