UEFA DÇ-2022-nin seçmə mərhələsinin son turunun oyunlarından sonra statistikanı açıqlayıb.

Rekord.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. Şahruddin hazırda 3-cü pillədədir.

San Marinonun kiperi Elia Benedettini 44 seyvlə 1-ci, Lixtenşteynin qapıçısı Benyamin Byuhel 43 qurtarışla 2-cidi.