Azərbaycanın tanınmış futbol mütəxəssislərindən olan Şahin Diniyevin böyük oğlu Kərim Diniyev futbolçu karyerasını bitirməyə qərar verib.

Rekord.az xəbər verir ki, son mövsümü "Şamaxı"da keçirən və nadir hallarda oynamaq şansı qazanan 29 yaşlı müdafiəçi atası ilə də məsləhətləşdikdən sonra futbolla vidalaşmağa qərar verib.

Kərimin bundan sonra futboldan kənar sahədə, biznesdə çalışacağı gözlənilir.