UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Split, Xorvatiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.


Rekord.az xəbər verir ki, 22 iyulda, saat 18:00-da “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (8-ci km qəsəbə stadionu) olacaq.


19:00-da isə media üçün açıq məşq (Suraxanı qəsəbə stadionu) nəzərdə tutulub.


“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya mətbuat konfransı (8-ci km qəsəbə stadionu) saat 19:00-da başlayacaq. 19:30-da isə media üçün açıq məşq (8-ci km qəsəbə stadionu) start götürəcək.


Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.