Şabran rayon Ağsaqqallar Evində rayon Gənclər və İdman İdarəsi, YAP Şabran rayon təşkilatı, rayon Təhsil sektoru, rayon Mədəniyyət Mərkəzi və rayon UGİŞM-in birgə təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat üzrə 2008-2010, 2012-2014 və 2016-ci il və daha kiçik yaşlı oğlan və qızlar arasında açıq rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Şabran, Xaçmaz və Siyəzən komandaları öz qüvvəsini sınamışlar. Yarışda 72 nəfər şahmatçı mübarizə aparmışdır.

Yarışdan əvvəl rəsmi qonaqların və kiçik yaşlı şahmatçıların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin məzarına gül dəstələri qoyaraq əziz xatirəsi, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, YAP Şabran rayon təşkilatının nümayəndəsi Simran Süleymanov, UGİŞM-in direktoru Zeynal Zeynalov, rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova, rayon Təhsil sektorunun metodisti Rəşad Məmmədov, rayon TİHİK-in sədri Seymur Qədəşov idmançılara uğurlar arzuladılar.

Qaliblər diplomlar və medallarla təltif olunmuşdur.