Şabranda Uşaq Gənclər İdman Məktəbinin idman zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2007-2008 və 2009-cu il təvəllüdlü idmançılar arasında cüdo idman növü üzrə UGİM-in birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd Ulu Öndərin anadan olmasının 100 illiyinin qeyd olunması, yeniyetmələr arasında cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, qarşıdakı yarışlara hazırlığın təmin olunması və rayon yığma komandasının tərkibinin formalaşdırılması olub.

Sonda 1-ci, 2-ci və 3-cü yeri qazanan cüdoçular diplom təltif edilib.