Sabirabad rayonunda Novruz Bayramı ilə əlaqədar cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, rayon birinciliyində Bakı klubları, İmişli, Biləsuvar cüdoçuları iştirak edib.

Ümumilikdə 150 idmançı mübarizə aparıb. Açılış mərasimində Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev iştirak edib. Sonda qaliblər idarə tərəfindən diplomlarla təltif olunublar.