
Sabiq "Tottenhem"li "Turan Tovuz"da
- 23 İyl 2022 12:00
- 651
“Turan Tovuz”ın sıralarına qoşulan legionerlərin siyahısına yeni ad əlavə olunub.
Rekord.az xəbər verir ki, ötən mövsümün ikinci dövrəsində “Şamaxı”nın formasını geyinmiş Natan Oduva qərb klubunun Gürcüstandakı düşərgəsinə qoşulub.
“Şamaxı” ilə sözləşməsi mövsümün sonunda başa çatmış hücumameylli yarımmüdafiəçi “Turan”la 1 illik müqavilə imzalayıb.
"Tottenhem"in yetirməsi olan 26 yaşlı ingiltərəlinin Premyer Liqanın köhnə-yeni iştirakçısı ilə 2500 dollar civarında maaşa anlaşdığını diqqətə çatdıraq. (sportinfo.az)