
“Sabah”la matçda qələbəyə köklənmişik”
- 18:00
- 40
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la qarşılaşacaq "Levski"nin (Bolqarıstan) qapıçısı Svetoslav Vutsov oyundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, matçdan öncəki mətbuat konfransında Sofiya klubunun azarkeşlərini tərifləyib:
"Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəyəm. Bu dövrdə ən böyük köməkçim mənə etibar edən məşqçilər oldu. Sonra məni dəstəkləyən və kömək edən komanda yoldaşlarım. Çünki futbol kollektiv idman növüdür. Ümid edirəm ki, "Sabah"la matçda qələbə qazanmaqla azarkeşlərimizi sevindirəcəyik".
"Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.