
“Sabah”la Bakıdakı oyun bizim üçün yaxşı başlamamışdı”
- 16 İyl 2025 18:20
- 47
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutan "Sabah" - "Çelye" (Sloveniya) matçı rəqib üçün yaxşı başlamayıb.
Rekord.az xəbər verir ki, bunu Sloveniya təmsilçisinin futbolçusu Franko Kovaçeviç cavab oyunundan öncə mətbuat konfransında bildirib.
Bakıdakı görüşdə "Sabah"ın qapısına iki dəfə yol tapan hücumçu komandada özünü yaxşı hiss etdiyini vurğulayıb:
"İlk qarşılaşma istədiyimiz kimi başlamadı, amma tez toparlandıq və sonda qələbə qazandıq. Bakıda vurduğum hər iki qolda işin çoxunu komanda gördü. Mən, sadəcə, son toxunuşu edərək topu qapıya göndərdim. "Sele"də özümü yaxşı hiss edirəm, komanda məni gözəl qarşıladı. Uğur üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahib olmalıyıq. Məşqçi matçın planını hazırlayan şəxsdir və onun tapşırıqlarını mümkün qədər yaxşı yerinə yetirməyə çalışmalıyıq".
“Çelye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.