"Sabahın ulduzları"nı "super" adlandırdı, hakimliklə bağlı istəyini çatdırdı
- 11:00
- 18
"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları" turnirində iştirak edən "Dostluq" klubunun baş məşqçisi Akif Hümmətov turnirlə bağlı təəssüratlarını bölüşüb.
Rekord.az-a açıqlamasında veteran futbolçu öncə turnirin müsbət tərəflərindən danışıb: "Çox möhtəşəm turnirdi. Futbolçularımızın inkişafı baxımından vacibdir. Bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Çox əladı, çox razıyıq. Uşaqların oyun praktikası artır. Tək bizim komandamız üçün yox, bütün Azərbaycan futbolu üçün faydalıdır. Bu baxımdan təşkilatçılardan, AFFA rəhbərliyindən xahiş edərdim k, turnir davamlı olsun".
Hümmətov hakimlik mövzusuna da toxunub: "Bir daha deyirəm, hər şey superdi, turnir, təşklatçılıq, hər şey. Amma çox istərdim ki, oyunlara daha təcrübəli hakimlər təyin olunsun. Çünki bu uşaqlar əziyyət çəkir, tər tökür, onların əziyyətini yerə vurmaq olmaz. Oyunları daha təcrübəli hakimlərin idarə etməsi uşaqların da inkişafına böyük kömək olar".
Veteran futbolçu "Dostluq" komandası haqda da məlumat verib: "Bu klubu sabiq futbolçu Araz Qulamovla birlikdə yaratmışıq. Artıq 5 ildir. Müəyyən uğurlarımız da var, hazırda dörd yetirməmiz ölkə xaricindədir. Biri Qazaıstanın "Kaspi" klubunda, biri Maltada, biri Latviyada, biri də İspaniyada. Yeri gəlmişkən, bu turnirdə zəif çıxışımızın bir səbəbi də həmin futbolçuların burda olmamasıdır. Bütün futbolçular sırf öz yetirmələrimizdir, özümüz sıfırdan götürüb hazırlayırıq. Məşqlərimizi 4-cü mk-dakı 70/40-a olan meydançada edirik, şərait də yaxşıdı, ot örtüyünü də yeni dəyişiblər. Sağ olsunlar, komandamızınm ayaqda qalmasında valideynlərin də böyük dəstəyi var. Bir sözlə, özümüz özümüzü maliyyələşdiririk. AFFA da bu baxımdan hansısa köməklik göstərsək, çox yaxşı olar".