"Sabah"dan ayrılan Mixeil Erqemlidze hələ də "Kəpəz"in düşərgəsindədir.

Rekord.az xəbər verir ki, gürcü futbolçu Gəncə klubunda oynamağa razıdır.

Lakin əcnəbi futbolçu bacardığı qədər yüksək maaş almaq istəyir. Sadəcə, gəncəlilərin kasad büdcəsi buna mane ola bilər. Tərəflər bu həftə bu məsələyə nöqtə qoymalıdır.