
“Sabah”ın rəqibində ayrılıq
- 16:30
- 43
"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" klubu futbolçusu Klement İkenna ilə yollarını ayırıb.
Rekord.az Sofiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sabah"ın bu gün "Levski"yə qarşı oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü avqustun 14-də Bakıda baş tutacaq.