Konfrans Liqasının pley-off mərhələsində "Sabah"ın potensial rəqibləri olan “Alkmar” (Niderland) və "Vaduts" (Lixtenşteyn) komandaları qarşılaşıblar.


Rekord.az xəbər verir ki, Alkmar şəhərindəki "Afas" stadionunda keçirilən oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.


İki görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf "Sabah" - "Levski" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.


Bu gün həm də "Araz-Naxçıvan"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - PAOK (Yunanıstan) və "Volfsberger" (Avstriya) komandaları üz-üzə gəliblər. "Tumba" stadionunda keçirilən ilk oyunda hesab açılmayıb.


PAOK və "Volfsberger" kollektivləri Avropa Liqasının oyununda qarşılaşıblar və iki görüşün nəticəsinə əsasən uduzan tərəf "Araz-Naxçıvan" - "Omoniya" cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçda Bakıda "Omoniya"ya (Kipr) 0:4 hesabı ilə uduzub.