
“Sabah”ın oyunu təxirə salındı – “Beşiktaş”la matça görə
- 03 May 2023 21:11
- 410
Misli Premyer Liqasının XXXIV turunun oyun cədvəlində dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, “Sabah” klubu 13 mayda keçiriləcək “Sabah” – “Beşiktaş” xeyriyyə matçı ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.
“Sabah” klubunun müraciətini, “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə XXXIV turun “Sumqayıt” – “Sabah” qarşılaşması 14 maydan 17 maya təxirə salınıb.
Qarşılaşmanın başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.