Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Rekord.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da keçirilən matç 1:1 hesablı bərabərliklə nərticələnib.

Görüş “Sabah”ın braziliyalı futbolçusu Kristian da Silva üçün əlamətdar olub. Matçın 60-cı dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atan yarımmüdafiəçi, “Sabah”da qol hesabını açıb. Kristian buna komandasının heyətində 10-cu oyununda nail olub.