"Sabah"ın futbolçusu Coy-Lens Mikkels "İnstaqram" səhifəsində paylaşım edib.

Rekord.az xəbər verir ki, alman oyunçu komanda olaraq da hədəflərinə çatmaq üçün çalışacaqlarını yazıb:

"Yeni həftə, yeni şans! Bəzən uduzursan, bəzən qalib gəlirsən! Məğlubiyyətlərdən sonra özüm üçün daha yaxşı nə edə biləcəyimi aydınlaşdırıram. Hər məğlubiyyət də öyrənmə prosesidir. Mən təslim olmayacağam. Komanda olaraq da hədəfimizə çatmaqdan imtina etməyəcəyik".