
“Sabah”ın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi
- 01:03
- 36
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Çelye"yə (Sloveniya) iki oyunun nəticəsinə əsasən məğlub (2:3, 3:3) olan "Sabah" mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Rekord.az xəbər verir ki, paytaxt klubunun turnirin 2-ci təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib.
Belə ki, "Sabah" Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. Moldova klubu Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Maltanın "Birkirkara" klubunu iki oyunun nəticəsinə görə (0:1, 3:0) mübarizədən kənarlaşdırıb.
"Sabah" ilk oyununu səfərdə keçirəcək. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də oynanılacaq.