“Sabah”ın gənc futbolçusu İdris İnqilablı Ukraynanın Kiyev şəhərində diz oynağının ön çarpaz bağlarından əməliyyat olub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyatın uğurlu keçdiyi diqqətə çatdırılıb. Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi 4 ay sonra komanda ilə məşqlərə başlaya biləcək.