Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Sabah-2” səfərdə “Qaradağ Lökbatan”ı, “Zaqatala” isə “Zirə-2”-ni məğlub edib. “Qarabağ-2” isə “Səbail-2” ilə qolsuz bərabərə qalıb.

Birinci Divizion
17-ci tur

27 fevral

MOİK – Sumqayıt-2 1:0
Qol: Ümid Şükürlü, 80.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, İnqilab Məmmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Kəpəz – Turan Tovuz 1:2
Qol: Novruz Məmmədov, 90+4 – Elçin Qasımov, 58. Fərid Məmmədov, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, Taleh Məmmədov, Kamranbəy Rəhimov
Gəncə şəhər stadionu

28 fevral

Qaradağ Lökbatan – Sabah-2 0:5
Qol: Mehdi Çoba, 14; 29. Reza Biqdelo, 79. Zahir Mərdanov, 90+4; 90+6-pen
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Cabarov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Səbail-2 – Qarabağ-2 0:0
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Elman Kərimov, İslam Məmmədov
“ASCO Arena”

Zirə-2 – Zaqatala 1:3
Qol: Tapdıq əhmədov, 1-pen – Xəyal Əmirli, 10. Ülvi Quliyev, 50. Roini İsmayılov, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kamran Bayramov, Tural Qurbanov
“AZAL Arena”