“Sabah” tarixinin yeni rekorduna imza atıb.

Rekord.az xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasında ardıcıl 4 quru oyun keçirib.

Murad Musayevin yetirmələri mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub. 2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi ardıcıl 4 quru hesablı qələbə qazanıb.

“Sabah” sonuncu dəfə 17-ci turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb - 2:2.

Bunadək bakılıların ən uzun quru seriyası 3 oyundan ibarət idi. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.