Rəhim Sadıxovun müştəriləri sırasına "Sabah" da qoşulub.

Rekord.az xəbər verir ki, mövsümün sonunda bir sıra yerli futbolçuları göndərməyi planlaşdıran Masazır təmsilçisi onların yerinə yenilərini almağı düşünür.

"Sabah"ın heyətinə qatmaq istədiyi yerlilərin başında isə Sadıxov durur. "Sumqayıt" özü də futbolçusunu satmağa etiraz etmir. Çünki Rəhimə yüksək transfer haqqı ödəməyə hazır klublar var. "Sabah"dan başqa "Qarabağ" və "Neftçi" də Rəhimlə ciddi şəkildə maraqlanır.