Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Şamaxı"nın qonağı olacaq "Sabah" daha bir itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Bojan Letiç bu oyunu buraxacaq.
Onun oynamamasının səbəbi sarı vərəqə limitini doldurmasıdır.