
"Sabah"da braziliyalı futbolçu?
- 21 Mar 2022 17:48
- 571
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Masazır təmsilçisi braziliyalı mərkəz hücumçusu Lukas Rangellə anlaşıb.
Əcnəbi oyunçunun son klubu Ukrayna Premyer Liqa təmsilçisi "Vorskla"dı.
Ukrayna klubuna ötən ilin yayı transfer olunan Cənubi Amerikalı oyunçu bu mövsüm 12 matçda meydana çıxıb. O, özünü kifayət qədər yaxşı göstərməyi də bacarıb.
Belə ki, bu matçlarda onun aktivində 4 qol və 1 asist var.
27 yaşlı oyunçu karyerası ərzində "Londrina", "Kukesi", KUPS və "Adana Dəmirspor" kimi komandaların şərəfini qoruyub.
Rusiya silahlı qüvvələrinin Ukraynaya məlum hücumundan sonra yerli çempionat dayanıb. Bu səbəbdən Ukrayna Premyer Liqasında çıxış edən çox sayda futbolçu Rangel kimi klubunu dəyişmək qərarı verib. (sportinfo.az)