Misli Premyer Liqasının 30-cu turunda "Sabah"ın qonağı olacaq "Qarabağ" bu oyuna itki ilə çıxacaq.

Rekord.az xəbər verir ki, son zamanlar Ağdam klubunun əsas heyət üzvünə çevirilən Elvin Cəfərquliyev bu qarşılaşmada forma geyinə bilməyəcək.

Buna səbəb futbolçunun vərəqə limitini aşmasıdır.