Misli Premyer Liqasının 24-cü turu çərçivəsində evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edən "Şamaxı" futbolçuları buna görə yaxşı mükafat alacaq.

Rekord.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi əsas heyətin hər futbolçusu üçün 2 min manat mükafat ayırıb.

Qeyd edək ki, normalda "Şamaxı"nın ev qələbələri üçün 1000 manat mükafat ayırılır. Lakin "Sabah"la oyunda futbolçuların göstərdiyi yüksək əzmkarlıq və qələbənin hava-su kimi vacib olması rəhbərliyi bu məbləği iki dəfə artırmağa sövq edib.