
"Sabah" üçün Vagner Lav məsələsi bitdi
- 10 İyl 2022 00:40
- 986
Braziliyalı məşhur futbolçu Vagner Lavın "Sabah"a transferi ilə bağlı bir müddətdir ki, yayılan məlumatlara nöqtə qoyulub.
Rekord.az xəbər verir ki, məsələyə nöqtəni elə komandanın baş məşqçisi Murat Musayev qoyub.
"Sumqayıt"la bugünkü oyundan sonra məsələ ilə bağlı açıqlama verən məşqçi bunları deyib: "Böyük ehtimalla o, bura gələsi olmayacaq. Düzdür, biz onunla danışıq apardıq, amma ortaq məxrəcə gələ bilmədik".