
"Sabah" "Seyle" səddini niyə keçə bilmədi?
- 13:00
- 82
İlk oyundan sonra dediyim fikirlərdə qalıram, "Seyle" keçiləsi komanda idi, "Sabah" özü də dünənki oyunda bunu sübut etdi. Bəs niyə keçə bilmədi?
Mərhələ keçmək üçün vacib kriteriyalar var, hansı ki, "Sabah"da həmin kriteriyanın daşları yerinə oturmamışdı. Belə deyək, "Seyle" daha hazırlıqlı idi. İlk növbədə baş məşqçinin gec təyinatı "Sabah"ın minusu idi. Dambrauskas pis məşqçi deyil, amma bu cür qısa müddətdə Avropa Liqası üçün ideal komanda hazırlamaq mümkün deyil.
"Sabah"ın hər iki oyunda fiziki cəhətdən rəqibə uduzması, Bakıda 95-ci, Sloveniyada isə ekstra vaxtda qol buraxması da bunun sübutu sayıla bilər.
Üçüncü vacib məqam müdafiə xətti. "Sabah" hücum potensialı olan komandadaır, bu baxımdan seleksiyası da yaxşıdır, yaxşı hücumçu, yarımmüdafiəçi tapa bilir. Avropa Liqasında iki oyuna 5 top vurmaq nə qədər yaxşı göstərici olsa da, 6 top buraxmaq bir o qədər pis göstəricidir və bu göstərici ilə Avropada uzağa getmək çox-çox çətindi. Dambrauskas müdafiəni qaydaya salsa, Konfrans Liqasında qrupa da düşmək olar.
Anar XANLAROV