
"Sabah" Səlahət Ağayevə görə cəzalanacaq
- 08 Mar 2022 12:00
- 640
Ötən gün Premyer-liqada 18-ci tura yekun vuruldu.
Rekord.az xəbər verir ki, "Keşlə" doğma meydanda "Sabah"ı qəbul etdi - 0:1.
Matçın ikinci yarısında maraqlı hadisə baş verdi. Belə ki, komandalar fasilədən qayıdarkən 4-cü hakim Vüqar Həsənli qonaqların qapıçısı Səlahət Ağayevin geyimində qüsur taparaq, onu meydana buraxmadı. Referi qolkiperə gedib qüsuru aradan qaldırmasını söylədi. Bu üzdən oyun 10 dəqiqə gec başladı. Qapıçının geyimində baş verən problemi dəqiqləşdirmək üçün "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. O, "Football-plus.az" saytına bunları dedi:
"Meydan süni olduğundan, Səlahət Ağayev iki alt geyimi geyinmişdi - qara və onun üzərindən formanın rənginə uyğun sarı rəngdə. Oyundan əvvəl bununla bağlı heç bir irad bildirilməmişdi. Amma fasilədə oyunun baş hakimi qara rəngli alt geyinminin dəyişdirilməsini tələb etdi. Qapıçı hakimin tələbini yerinə yetirib, qara rəngli alt geyimini çıxarandan sonra ikinci hissə başladı. Futbolçuların geyimi ilə bağlı oyunun bərpasını ləngidən başqa hansısa nöqsan qeydə alınmadı".
Böyük ehtimalla AFFA İntizam Komitəsi buna görə "Sabah"ı cəzalandıracaq. ("Futbol plus")