
“Sabah” “Şəki”yə, “Quba” “Sumqayıt”a qalib gəldi
- 19:00
- 46
Azərbaycan Basketbol Liqasının 3-cü turunun növbəti oyunları keçirilib.
Rekord.az xəbər verir ki, öncə "Sabah" "Şəki" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən A qrupunun görüşündə Bakı təmsilçisi rəqibini 85:66 hesabı ilə məğlub edib.
"Sumqayıt" isə eyni məkanda "Quba" ilə görüşüb. B qrupunun görüşü qubalıların 98:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.