“Sabah” “Şəki”yə qalib gəldi
- 19:00
- 29
Azərbaycan Basketbol Liqasında 13-cü turunda "Sabah" "Şəki" üzərində qələbə qazanıb.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin rəhbrəlik etdiyi komandanın 112:65 hesablı qələbəsi ilə nəticələnib.
Turun son matçı bu gün saat 18:00-da NTD və "Abşeron Lions" arasında keçiriləcək.
Turun əvvəlki matçlarında "Naxçıvan" "Lənkəran"ı (106:75), "Ordu" "Sərhədçi"ni (98:82), "Neftçi" "Gəncə"ni (77:75), "Sumqayıt" "Quba"nı (94:90) məğlub edib.