“Sabah” “Şəki”yə qalib gəldi
- 20:00
- 23
Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, günün son oyununda "Sabah" "Şəki"nin qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 115:83.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" A qrupunda liderliyini davam etdirir. "Şəki" 9 xalla beşinci sıradadır.
Günün ilk oyununda "Quba" "Sumqayıt"dan üstün olub - 107:90.
Bu turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.