Azərbaycan Basketbol Liqasının 12-ci turunda bu gün daha iki qarşılaşma baş tutacaq.


Rekord.az xəbər verir ki, hər iki matç A qrupunda keçiriləcək.


Saat 14:00-da "Sabah" NTD ilə üz-üzə gələcək. "Sabah" 19 xalla qrupda ikinci yerdədir. Sonuncu - 6-cı pillədə olan NTD-nin isə 11 xalı var.


Günün son qarşılaşması saat 17:00-da "Neftçi" və "Şəki" arasında keçiriləcək. "Neftçi" 14 xalla 4-cüdür. "Şəki" isə 13 xalla beşinci pillədə yer alıb.


Hər iki matç "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.


Turun daha əvvəl keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" isə "Sumqayıt"ı (97:81) üstələyib. 12-ci tura yanvarın 11-də yekun vurulacaq.