
“Sabah” “Levski”yə məğlub oldu
- 00:01
- 36
“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfərdə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşıb.
Bakı təmsilçisi əvvəlki mərhələdə Moldova “Petrokub”unu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasına uduzub. Cütün qalibi növbəti raundda “Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
Bu komandaların ilk görüşündə isə "Levski" son dəqiqə qolu ilə qalib gəlib.
Komandalar arasında cavab oyunu avqustun 14-də keçiriləcək.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
7 avqust
Levski – Sabah 1:0
Qol: Borislav Rupanov, 90+8.
Baş hakim: Duye Strukan (Xorvatiya).
Sofiya, Georgi Asparuhov stadionu.
Levski: 92. Svetoslav Vutsov, 3. Maykon, 4. Kristian Makun, 10. Asen Mitkov, 12. Mustafa Sanqare, 17. Everton Bala, 18. Qasper Trdin, 21. Aldair Neves, 50. Kristian Dimitrov, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov.
Ehtiyat oyunçular: 1. Oqnian Vladimirov, 78. Martin Lukov, 6. Venderson Tsunami, 7. Fabio Lima, 8. Karlos Ohene, 22. Mazire Soula, 23. Patrik Misloviç, 37. Rildo, 71. Oliver Kamdem, 77. Borislav Rupanov, 95. Karl Fabien.
Baş məşqçi: Xulio Velaskes.
Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letiç, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.