NTD komandasının baş məşqçisi Tahir Baxşıyev "Sabah" kimi güclü rəqibə qarşı oynamağın çox çətin olduğunu bildirib.


Rekord.az xəbər verir ki, bunu mütəxəssis Azərbaycan Basketbol Liqasının 12-ci turunda "Sabah"a məğlubiyyətdən sonra deyib.


O, belə matçların komandaya fayda verdiyini vurğulayıb:


"Oyunçular belə matçlara necə köklənməli olduqlarını anlamalıdırlar. Rəqib çox güclüdür. Lakin bu cür oyunlar bizə təcrübə baxımından fayda verir".


Baxşıyev əsas diqqətin kubok matçına yönəldiyini əlavə edib:


"Dörd gün sonra bizi "Sumqayıt"la kubok oyunu gözləyir. Məhz buna görə bu görüşdə 25 dəqiqədən çox iki yerli oyunçu ilə çıxış etdik. Hazırda bütün fikirlərimiz Kubok oyununa yönəlib".


"Sabah" - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.