
“Sabah” “Gəncə”ni məğlub etdi
- 23 Okt 2025 21:40
- 45
Azərbaycan Basketbol Liqasının 4-cü turunda "Sabah" "Gəncə" ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən matç "bayquşlar"ın 87:68 hesablı qələbəsi ilə bitib.
"Sabah" A qrupunda 8 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 4 xalla üçüncüdür.
4-cü tura oktyabrın 26-da yekun vurulacaq.