“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı
- 22:19
- 25
"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.
Bu, "bayquşlar"ın cari mövsüm Çempionlar Liqasındakı ilk qələbəsi olub.
"Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.