Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.


Rekord.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi komanda Pakistan yığması ilə üz-üzə gələcək.


Bu, Jorjenin rəhbərliyi altında U-20-nin ilk matçı olacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.