2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.

Rekord.az xəvbər verir ki, bu barədə ACB-nin rəsmi saytı məlumat yayıb.

“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və  komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib. 

Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və  eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub. 

Qeyd edək ki, Rüstəm Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür.