"Keşlə"dən pul tələb edən Ruslan Qurbanov rədd cavabı alıb.

Rekord.az xəbər verir ki, futbolçu klubun ona borclu olduğunu iddia edir.

Bildirir ki, müqavilə bağlayanda müqavilədə avrokuboklara vəsiqə halında futbolçuya əlavə pulun çatacağına aid bənd var. İndi "Keşlə" avrokuboklara vəsiqə qazanıb və Qurbanov da müqaviləyə görə ona çatacaq pulu istəyir. "Keşlə" rəhbərliyi isə futbolçuya qara qəpik də vermək fikrində deyil. Ruslan məhz bu məsələyə görə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istəyir. Lakin pandemiya dövrü olduğu üçün federasiya hələlik işləmir və dağıstanlı futbolçu ən azı iyulun 20-i gözləməlidir.