
Rusiyanın məşhur nəşri "Qarabağ"ın və "Sumqayıt"ın futbolçusundan yazdı
- 22 Mar 2022 10:15
- 605
Rusiya mətbuatında 2013-cü ildə U-17 yığmaları arasında Avropa çempionluğunu qazanan Rusiya yığmasının futbolçularının karyerasının sonradan necə davam etməsi haqda yazı dərc edilib.
Rekord.az xəbər verir ki, "Sport Ekspress" "Qarabağ"ın hücumçusu Ramil Şeydayev və "Sumqayıt"ın müdafiəçisi Camaladdin Xocaniyazovun da karyerasına toxunublar. Şeydayevin karyerası bu cür şərh edilib:
"Sankt-Peterburqlu Rusiyanın aşağı yaş qruplarından ibarət bütün komandalarında oynayıb, 2015/2016 mövsümündə gənclər komandasının əsas forvardı idi. 2016-cı ilin iyulunda gözlənilmədən futbol vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişərək, "Zenit"dən də "Trabzonspor"a satıldı. Ramil Şeydayev Azərbaycan millisində əsas forvard olmasa da, orada həmişə oynayır. Keçən il isə o, "Sabah"ı Konfrans Liqasının pley-off mərhələsində oynamış "Qarabağ"a dəyişərək yüksəlişə keçmiş oldu".
Rusiyalı jurnalistlər “Sumqayıt”ın əsas üzvü Xocaniyazov haqda isə bunları yazıb: “Xocaniyazovun Rusiya Premyer Liqasında cəmi 4 oyunu var. İki oyunu Luçano Spalettinin vaxtında “Zenit”də keçirib, digər matçları isə "Amkar"da və “Ural”da oynayıb. Rus-türkmən müdafiəçi stabil olaraq sadəcə Azərbaycanda oynamağa başladı. Xocaniyazov artıq üç ilə yaxındır ki, ən güclü yerli klublardan biri olan "Sumqayıt"ın müdafiəsinin mərkəzində oynayır".
(Sport Ekspres)