Rusiya millisinin və Moskvanın “Spartak” futbol klubunun keçmiş baş məşqçisi Georgi Yartsev 75 yaşında vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə qırmızı-ağların mətbuat xidməti məlumat yayıb.

“Əfsanəvi Georgi Aleksandroviç Yartsev dünyasını dəyişdi. Kostroma futbolunun yetirməsi “Spartak”ın tarixinə əbədi olaraq parlaq oyunçu, parlaq məşqçi və görkəmli şəxsiyyət kimi düşdü. Onun qırmızı-ağlar üçün qolları, 1996-cı ilin məşhur “Pionerotryad”ı və gözəl təbəssümü həmişə qəlbimizdə qalacaq. Ailəsinə, dostlarına və bütün idmansevərlərə dərin hüznlə başsağlığı veririk”, - deyə mətbuat xidmətinin bəyanatında bildirilir.