
Rusiyanın bombardmanı nəticəsində futbolçu öldü
- 01 Mar 2022 11:43
- 485
Ukraynanın 2-ci liqasında çıxış edən “Qostomel” klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində ölüb.
Rekord.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb.
Partlayış nəticəsində oyunçu ilə yanaşı, onun anası da həlak olub.
Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib.