
Rusiyalı hücumçu 29 yaşında öldü
- 15 İyl 2022 17:15
- 474
Rusiyanın “Spartak” klubunun keçmiş futbolçusu Aleksandr Kozlov 29 yaşında vəfat edib.
Rekord.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçu tromb damarının qırılması nəticəsində ölüb.
O, 2010-2016-cı illərdə Moskva klubunun heyətində 28 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kozlov karyerası ərzində “Ximki”, “Tosno”, “Fakel” və “Tümen” kimi klubların da formasını geyinib.