
Rusiya vətəndaşlığından imtina edib Qazaxıatan vətəndaşlığı üçün müraciət etdi
- 20 Fev 2023 11:30
- 459
"Ximki"nin futbolçusu Aleksandr Zuev Rusiya vətəndaşlığından imtina edib.
Rekord.az xəbər verir ki, o, Qazaxıstan vətəndaşlığı üçün bu ölkənin aidiyatl qurumlarına müraciət edib.
Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev də bu haqda məlumatlı olduğunu, lakin proseslərin hansı formada getməsindən məlumatsız olduğunu bildirib. Eyni zamanda Zuevlə şəxsən danışmadığını da bildirib.
Qeyd edək ki, Qazaxıstanda doğulan futbolçu 2003-05-ci illərdə "Astana"nın gənclər komandasında oynayıb. Daha sonra Rusiyaya köçüb və Rusiyanın gənclər millisinin heyətində 14 matçda forma geyinib.