Çempionşipin 34-cü turunda “Fulhem”lə 1:1 hesablı heç-heçə “Derbi Kaunti”nin hücumçusu Ueyn Runi üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, 34 yaşı futbolçu İngiltərə çempionatlarında 500-cü oyununu keçirib.

İngiltərə millisinin sabiq hücumçusu “Mançester Yunayted”in heyətində 393, “Everton”un heyətində 98, hazırkı klubu “Derbi Kaunti”nin heyətində isə 9 oyuna çıxıb.

Yanvardan “Derbi Kaunti”də çıxış edən futbolçu, Çempionşipdə iştirak etdiyi 9 oyunda 3 qolla yadda qalıb.