Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Foneks Rayzinq" ABŞ çempionatında növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, komanda 14-cü turda "Rio Qrande" il qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Yığmamızın üzvü də bu oyunun iştirakçısı olub. O, komandasının qollarından 1-ni vurub. Bu, onun yeni mövsümdə 4-cü qoludur.  

Qeyd edək ki, 14 turdan sonra 32 xalla turnir cədvəlində liderdir.