"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo biznes fəaliyyətini inkişaf etdirməyə davam edir.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Mərakeşin eyniadlı şəhərində otel alıb. “Pestana” adlanan otel Mərakeş prospektində, hava limanına yaxın, şəhərin ən prestijli və kosmopolit ərazilərindən birində yerləşir. 

Bildirilib ki, portuqaliyalı hücumçu Mərakeşi sevir, çünki o, "Real"ın oyunçusu olduğu vaxtlarda tez-tez İspaniyadan sözügedən ölkəyə məşq etmək və dostu Badr Hari ilə vaxt keçirmək üçün uçurdu.