
Ronaldo ən yaxşı seçildi
- 28 Fev 2023 22:45
- 430
“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanında fevral ayının ən yaxşı futbolçusu elan olunub.
Rekord.az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.
Portuqaliya yığmasının üzvü fevral ayında “Əl-Nəsr”in heyətində meydana çıxdığı dörd qarşılaşmada 8 qola imza atıb.