
“Roma”da braziliyalı futbolçu
- 29 İyl 2025 14:00
- 157
“Roma” heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Flamenqo”nun müdafiəçisi Uesli Fransa bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Onunla 2030-cu ilin iyununa qədər müqavilə mzalanıb.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Braziliya çempionatında 11 oyun keçirib, 1 qol vurub və 2 assist edib.